Şəmkirdə və İmişlidə qanunsuz silahlar aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mahmudlu kənd sakini M.Şahverdiyevdən “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.
Bundan başqa, nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən İmişli şəhər sakini Y.Rüstəmovdan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “İJ-58” markalı tüfəng və 20 ədəd patron aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.