“Real” 17 yaşlı braziliyalı futbolçu ilə 6,5 illik müqavilə imzalayacaq

“Real” 17 yaşlı braziliyalı futbolçu ilə 6,5 illik müqavilə imzalayacaq
# 07 yanvar 2020 16:33 (UTC +04:00)

İspaniyanın “Real” klubu Braziliya “Flamenqo”sunda çıxış edən Reynyeri heyətinə qatır.

Apasport.az saytının məlumatına görə, gənc yarımmüdafiəçi ilə 6,5 illik müqavilə imzalayacaq.

Madrid təmsilçisi 17 yaşlı futbolçu üçün 30 milyon avro ödəyəcək. Bunun 24 milyonu “Flamenqo”ya, 3 milyonu futbolçunun ailəsinə, 3 milyonu agentinə çatacaq.

“Real” rəhbərliyi cənubi amerikalının öncə əvəzedici komandası “Kastilya”ya qoşulmasını planlaşdırır. Futbolçunun ailəsi isə artıq ispan dilini öyrənməyə başlayıb və Madrid yaşamaq üçün ev axtarışına çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR