Müdafiə Nazirliyinin hərbi hissəsində çoxlu sayda hərbi qulluqçunun qətlə yetirilməsinə dair cinayət işi baxılması üçün məhkəməyə göndərilib

Müdafiə Nazirliyinin hərbi hissəsində çoxlu sayda hərbi qulluqçunun qətlə yetirilməsinə dair cinayət işi baxılması üçün məhkəməyə göndərilib
# 27 iyul 2010 10:51 (UTC +04:00)
Məhkəmədən APA-ya verilən məlumata görə, təqsirləndirilən şəxslər, hərbi hissənin zabitləri - Vələd Qurbanov, Rüstəm Əhmədov, Əli İmanov, Fuad Mütəllimov və Vazeh Babayevin cinayət işinə hakim Rəşid Hüseynovun sədrliyi ilə hakimlər İslam Neymanov və Zeynal Ağayevdən ibarət məhkəmə tərkibi baxacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı isə hələ müəyyənləşməyib.

Təqsirləndirilənlər Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən ), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və s. maddələrlə təqsirləndirilirlər.

Qeyd edək ki, 2010-cu il yanvarın 28-də Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində silahlı insident baş verib.
Nəticədə Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində qanlı olay baş verib. Belə ki, əsgərlər Bakının Yasamal və Nəsimi rayonlarından həqiqi hərbi xidmətə çağırılmış, 1990-cı il təvəllüdlü Elxan Əzizov və 1991-ci il təvəllüdlü Sadiq Məmmədov hərbi hissənin divizion komadiri, polkovnik-leytenant Gümayev Yusif Sadəddin oğlunu, qərargah rəisi, kapitan Sadıxov Vasif Miraləm oğlunu, baş leytnant Quliyev Anar Ələddin oğlunu və baş gizir Səmədov Elgün Loğman oğlunu qətlə yetiriblər. Zabitlər Babayev Vazeh Məhəmməd oğlu və Abbasov Samir Eyvaz oğlunu isə yaralayıblar.
Sonra isə əsgərlər E. Əzizov və S. Məmmədov özlərini öldürüblər.
Hadisə ilə bağlı istintaq Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində aparılıb. E. Əzizov və S. Məmmədov öldüyünə görə cinayət işinin onlarla bağlı hissəsinə xitam verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR