Türkiyə Hərbi Hava Qüvvələri komandanının Azərbaycana səfəri başa çatıb

Türkiyə Hərbi Hava Qüvvələri komandanının Azərbaycana səfəri başa çatıb
# 07 mart 2015 14:02 (UTC +04:00)

Bakı - APA. Türkiyə Hərbi Hava Qüvvələri Komandanı ordu generalı Akın Öztürk ölkəmizə rəsmi səfəri proqramı çərçivəsində Azərbaycanın hərbi aerodromlarında olub.


APA-nın Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, qonağa hərbi obyektlərdə aviasiya vasitələrinin istifadə imkanları və tapşırıqları, aerodromların texniki təminatı və ümumi vəziyyəti, o cümlədən ərazidəki infrastruktura dair məlumat verilib.


Azərbaycan Hərbi Hava Qüvvələri ilə yaxından tanış olan ordu generalı A.Öztürk uçuş və texniki heyətin təlim-döyüş hazırlığını və bacarığını yüksək qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR