Azərbaycanda film müsabiqəsi keçirilir

Azərbaycanda film müsabiqəsi keçirilir
# 26 iyul 2013 11:15 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2012-2013-cü illərdə istehsal olunmuş qısametrajlı bədii, sənədli və animasiya filmlərinin müsabiqəsinə başlayır. “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin rəhbəri, rejissor Fehruz Şamıyevin APA-ya verdiyi məlumata görə, müsabiqənin nəticələri avqustun 10-na kimi mükafatlandırma mərasimində açıqlanacaq: “Qarşıdan gələn kino günü ilə bağlı bizim mərkəz bu layihə vasitəsi ilə gənc kinomatoqrafçılara stimul olmaq istədi. Mükafat layihəsini Gənclər və İdman Nazirliyinə təqdim etdik, qəbul olundu. Biz Azərbaycanda digər nominasiyalarla müqayisədə zəif inkişaf eləmiş film musiqisi, operator və səs rejissorlarına da mükafat təqdim etmək istəyirik. Məqsədimiz odur ki, gənclərin bu ixtisaslara da marağı artsın. Filmdə musiqi, səs rejissoru və digər nominasiyalar Azərbaycanda ilk dəfədir ki, xüsusi nominasiya şəklində təqdim olunub. Filmlər peşəkar kino xadimləri tərəfindən qiymətləndiriləcək”.

Müsabiqədə 35 yaşdan aşağı şəxslər iştirak edə bilərlər. Təqdim olunan filmlərin xronometrajı 30 dəqiqədən çox olmamalıdır. Təqdim olunan filmlər DVD formatında qəbul edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR