Ədliyyə Nazirliyinin Nizami rayon icra şöbəsi üçün təmir olunan inzibati bina istifadəyə verilib

Ədliyyə Nazirliyinin Nizami rayon icra şöbəsi üçün təmir olunan inzibati bina istifadəyə verilib
# 08 may 2013 15:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən tədbirlər çərçivəsində Ədliyyə Nazirliyinin Nizami rayon icra şöbəsi üçün təmir olunan inzibati bina istifadəyə verilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti rəhbərliyinin, hakimlərin, ədliyyə və digər hüquq-mühafizə orqanları əməkdaşlarının, ictimaiyyət və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən ədliyyə nazirinin müavini Vilayət Zahirov ölkədə davam etdirilən məhkəmə-hüquq islahatlarından danışıb, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə qərarlarının icrası işinin düzgün təşkilinin əhəmiyyətini, bu sahəyə daim diqqət göstərildiyini vurğulayıb.

Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov və digərləri də çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR