Müxalifət lideri: «Saakaşvili və İvanişvili prezident seçkilərini saxtalaşdırmağa hazırlaşır»

Müxalifət lideri: «Saakaşvili və İvanişvili prezident seçkilərini saxtalaşdırmağa hazırlaşır»
# 15 iyul 2013 18:52 (UTC +04:00)

Bakı-APA. Mixail Saakaşvili ilə Bizdina İvanişvili prezident seçkilərini saxtalaşdırmağa hazırlaşır. APA-nın gürcü mətbuatına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Gürcüstanın Leyborist Partiyasının lideri Şalva Natelaşvili çıxış edib. Onun fikrincə, prezidentlə baş nazir seçki məcəlləsindən birgə yararlanmağa hazırlaşır. Leyboristlərin lideri mövcud seçki məcəlləsini ədalətsiz hesab edir.

“Seçki komissiyalarında, televiziya məkanında, reklam və maliyyələşmədə tam bərabərlik olmalıdır. İlk tələbdə, bülletenlər yenidən sayılmalıdır. Əsas da odur ki, saxtakarlıqda iştirak etmiş seçki komissiyasının istənilən üzvü seçki strukturlarına yaxın buraxılmamalıdır”, - deyə o vurğulayıb.

Natelaşvili prezident və baş nazirə müraciət edərək iki həftəyə parlamentin növbədənkənar iclasının çağırılmasını istəyib. Həmin iclas zamanı seçki məcəlləsinə müvafiq düzəlişlər edilməlidir. Əks halda Leyborist Partiyası seçkilərin nəticələrini tanımayacaq.

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri bu ilin oktyabr ayında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR