Gürcüstan prezidenti hökuməti istefaya göndərmək niyyətində deyil

Gürcüstan prezidenti hökuməti istefaya göndərmək niyyətində deyil
# 21 dekabr 2012 07:27 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, M. Saakaşvili deyib ki, bu istiqamətdə hər hansı planı yoxdur: “Mən sadəcə onu deyirəm ki, ölkədə xaos və zorakılıq davam edərsə, bu, pis nəticələr verəcək. Mən hadisələrin radikal ssenari üzrə davam etməsini istəmirəm”.

Qeyd edək ki, Gürcüstanda sabiq maliyyə və energetika naziri Aleksandr Xetaquri, sabiq təhsil və ədliyyə naziri, hazırda “Rustavi-2” telekanalının baş direktoru olan Nika Qvaramiya, iqtisadiyyat nazirinin keçmiş müavini Kaxa Dameniya, “Telasi” Səhmdar Cəmiyyətinin baş direktoru Devi Kandelaki və şirkətin daha iki sabiq əməkdaşı həbs olunub. Onlar mövcud olmayan bir şirkətin hesabına 1 milyon dollar köçürməkdə ittiham olunurlar. Bu həbslərdən sonra M. Saakaşvilinin liderlik etdiyi Vahid Milli Hərəkat Partiyası parlamentdə fəaliyyətini dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR