“Finance Leasing” şirkətinin istiqrazlarının yerləşdirilməsi başlanıb

“Finance Leasing” şirkətinin istiqrazlarının yerləşdirilməsi başlanıb
# 04 iyul 2011 08:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu gündən etibarən Bakı Fond Birjasında “Finance Leasing” şirkətinin istiqrazlar emissiyasının yerləşdirilməsi başlanıb.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 195 min. manat təşkil edir.

Bir istiqrazın nominal dəyəri 500 manatdır, istiqrazlar üzrə gəlirlilik illik 14%-ə bərabərdir. Qeyd edək ki, istiqrazların tədavül müddət 900 gündür.

Yerləşdirmədə anderrayter kimi «Texnika Kapital Menecment» MMC çıxış edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR