Bakı Müharibə Əlilləri və Veteranları İctimai Birliyi ilə Rusiya Lokal Müharibə və Hərbi Münaqişələr Veteranları İttifaqının Moskva təşkilatı arasında saziş imzalanıb
08 iyul 2011 15:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın Bakı şəhər Müharibə Əlilləri və Veteranları İctimai Birliyi ilə Rusiya Federasiyası Lokal Müharibə və Hərbi Münaqişələr Veteranları İttifaqının Moskva təşkilatı arasında əməkdaşlıq sazişi imzalanıb. Bu barədə APA-ya birliyin fəxri üzvü, istefada olan polkovnik Telman Mehdiyev məlumat verib.
Saziş T. Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin bu günlərdə Moskvaya səfəri zamanı imzalanıb. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Lokal Müharibə və Hərbi Münaqişələr Veteranları Təşkilatının, MDB Dövlət Başçıları yanında Veteranların İşləri üzrə Komitənin sədri Ruslan Auşev və Moskva vilayətinin qubernatoru, general-polkovnik Boris Qromovun başçılıq etdiyi Beynəlxalq “Döyüş qardaşlığı” Ümumrusiya Veteranlar Təşkilatında görüşlər keçiriblər.
Görüşdə Rusiya tərəfi Bakı şəhər Müharibə Əlilləri və Veteranları İctimai Birliyinin Dünya Veteranlar Birliyinə üzvlüyünə dəstək verəcəyini bildirib. Həmçinin 2012-ci ilin aprel ayında Bakıda Beynəlxalq Lokal Müharibə və Hərbi Münaqişələr Veteranları Təşkilatının tədbirinin keçirilməsinin planlaşdırıldığı vurğulanıb.

Sosial
Azərbaycanda ötən il qeydə alınan QİÇS xəstələrinin sayı açıqlanıb
11:57
18 may 2024
FHN tərəfindən “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbirlər keçirilib - FOTO
11:27
18 may 2024
Şahdağa 5, Qaxa 2 santimetr qar yağıb - Faktiki hava
11:02
18 may 2024
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək
10:55
18 may 2024