Elxan Məmmədov: “Hədəf qrupdan çıxıb, növbəti mərhələyə vəsiqə qazanmaqdı”

Elxan Məmmədov: “Hədəf qrupdan çıxıb, növbəti mərhələyə vəsiqə qazanmaqdı”
# 08 aprel 2016 11:07 (UTC +04:00)

Bakı – APA. “Maraqlı püşkatma keçdi. Azərbaycana Avropanın ən güclüləri gələcəklər”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının püşkatmasından sonra Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

O, komandamızın qrupdakı rəqiblərini dəyərləndirib: “Rəqiblər barədə baş məşqçi daha dəqiq deyə bilər. Təbii ki, 17 yaşlıların Avropa çempionatına ancaq güclülər gəlir. Bakıya Avropanın ən güclü 15 komandası vəsiqə əldə edib. Seçmə mərhələ prosesi artıq bu komandaları müəyyən etdi. Qrupumuzda Portuqaliya yığması çox güclüdü. Bilirsiz ki, Avropa çempionatının final mərhələsinə bu komanda birinci vəsiqə qazandı. Belçika komandası da tarixi ərzində bir neçə dəfə final mərhələsində iştirak edib. Şotlandiya millisi də yaxşı rəqibdi”.

Məmmədov millimizin AÇ-dəki hədəfini də açıqlayıb: “Birinci hədəf qrupdan çıxıb, növbəti mərhələyə vəsiqə qazanmaqdı. Ev oyunlarının hansı yerli telekanal vasitəsilə yayımlanacağı hələ bilinmir, danışıqlar gedir. Onu deyim ki, oyunların 50 faizi “Eurosport” kanalı vasitəsilə canlı göstəriləcək. Püşkatmanın nəticəsini gözləyirdik. Azərbaycana 10 gün əvvəl gələcək komandalardan biri ilə final mərhələsinə qədər yoxlama görüşü keçirmək istərdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR