Rostropoviçlərin ev-muzeyində "Açıq qapı" günü keçirilib

Rostropoviçlərin ev-muzeyində "Açıq qapı" günü keçirilib
# 19 sentyabr 2015 11:56 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Leopold və Mstislav Rostropoviçlərin ev muzeyində Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin 130 illik yubileyləri münasibətilə "Açıq qapı" günü keçirilib.

APA-nın məlumata görə, ziyarətçilər üçün ekskursiya təşkil olunub. Muzeyin zəngin fondundan çıxarılmış materialların nümayiş olunduğu sərgidə müxtəlif tarixi sənədlər yer alıb. Materiallar arasında Leopold Rostropoviçin Ü. Hacıbəyliyə 1938-40-cı illərdə yazdığı məktublar, bəzi konsertlərin proqramları və s. var.

Ev muzeyində L.Rostropoviç, Ü.Hacıbəyli və M.Maqomayevlə bağlı foto-şəkillərdən ibarət slayd-şou da nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR