“Nar” ADA universitetində keçirilən “Reinteqrasiya” seminarının baş sponsoru olub

“Nar” ADA universitetində keçirilən “Reinteqrasiya” seminarının baş sponsoru olub
# 22 sentyabr 2015 08:26 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. ADA universitetində “Nar” mobil operatorunun baş sponsorluğu ilə “AIESEC Azərbaycan” tərəfindən “Reinteqrasiya” seminarı keçirilib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, AIESEC tərəfindən bu yay həyata keçirilən “Global Citizen” proqramı çərçivəsində dünyanın müxtəlif ölkələrində 6 həftəlik təcrübə qazanan, müxtəlif layihələr üzrə komanda şəklində işləyən və xeyli dərəcədə fərdi inkişafa nail olan 92 tələbə gəncin öz təəssüratlarını bölüşdükləri açılış mərasimində “Nar” nümayəndələri də iştirak ediblər.

ADA universitetində keçirilən tədbirdə çıxış edən “Azerfon” şirkətinin insan resursları üzrə aparıcı direktor Mətanət Babayevanın təqdim etdiyi müxtəlif müzakirələr gənclərin böyük marağına səbəb olub.

Qeyd edək ki, “AIESEC Azərbaycan” tərəfindən reallaşdırılan “Fireflies”, “World for Kids” və “Talk Out Loud” layihələrinə qatılan 30 xarici tələbə də tədbirdə iştirak ediblər. Xarici tələbələri Azərbaycanda olduqları müddətdə qonaq edən ailələr də tədbirə qatılaraq, öz təəssüratlarını bölüşüblər. “Nar” operatorunun baş sponsorluğu ilə keçirilən seminara “AIESEC Azərbaycan” təşkilatının digər tərəfdaşları – Azərbaycan Respublikası Gənclər və idman nazirliyi, Mədəniyyət və turizm nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondu, “GoldenPay” MMC və “EF Azerbaijan” də dəstək olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR