“Volkswagen”-in başçısı istefaya gedir

“Volkswagen”-in  başçısı istefaya gedir
# 23 sentyabr 2015 17:41 (UTC +04:00)

Bakı-APA. “Volkswagen” konserninin idarə heyətinin sədri Martin Vinterkorn istefaya gedir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə konsernin Müşahidə Şurasının iclasından sonra bildirilib.

Avropanın ən böyük avtomobil konserninə yeni rəhbərin təyin edilməsinə dair qərar cümə günü qəbul ediləcək.

Bundan əvvəl avtokonsernin ekoloji normaları pozmasına görə 18 mlrd. ABŞ dolları dəyərində cərimələnəcəyi barədə məlumat yayılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR