Azərbaycanda şəxsin vətəndaşlığı itirməsi qaydası dəyişir

Azərbaycanda şəxsin vətəndaşlığı itirməsi qaydası dəyişir
# 09 iyun 2016 10:51 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda şəxsin vətəndaşlığını itirməsi qaydasında dəyişiklik edilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Mülki Prosessual Məcəllədə yenilik edilməsi nəzərdə tutulub. Məcəllənin 305-ci (Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər) maddəsində nəzərdə tutulan səlahiyyətlərə “Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında” bəndi də əlavə edilib.

Layihə Milli Məclisin növbədənkənar sessiyasının iyunun 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR