Rəsmi Ankara Rusiya ilə “Türk axını"nı müzakirə etməyə hazırdır

Rəsmi Ankara Rusiya ilə “Türk axını"nı müzakirə etməyə hazırdır
# 02 fevral 2016 01:37 (UTC +04:00)

Bakı-APA. Rəsmi Ankara, əvvəlki kimi, “Türk axını”nı kommersiya layihəsi kimi dəyərləndirir və razılaşmanın detallarına dair danışıqların keçirilməsinin tərəfdarıdır.

APA-nın məlumatına görə, bu barədə “Sputnik” agentliyinə Türkiyənin Vaşinqtondakı diplomatik missiyası rəhbərinin müavini Tuqay Tuncer bildirib.

“Biz hələ də “Türk axını”nı kommersiya layihəsi kimi dəyərləndiririk. Əgər Rusiya danışıqlar aparmaq istəyirsə, biz bütün müzakirələrə açığıq. Tərəflər masa arxasına əyləşərək razılaşmanın detalları ətrafında müzakirələr apara bilərlər. 10 il əvvəl “Mavi axın”ına dair olduğu kimi”, deyə diplomat vurğulayıb.

Xatırladaq ki, ötən ilin dekabrında Rusiyanın energetika naziri Aleksandr Novak "Türk axını”nın reallaşdırılması ilə bağlı iki ölkə arasında hökumətlərarası danışıqların dayandırılmasını bəyan etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR