Gürcüstan hökumətinin yeni strukturu sabah məlum olacaq

Gürcüstan hökumətinin yeni strukturu sabah məlum olacaq
# 25 iyun 2018 13:44 (UTC +04:00)

“Gürcüstanın yeni hökumətinin strukturu sabah təqdim olunacaq”.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze deyib. O bildirib ki, hökumətin yeni tərkibində nazirliklərin sayı 11-dən çox olmayacaq: “Bu, effektiv fəaliyyət üçün ən optimal saydır”.


M. Baxtadze qeyd edib ki, sabah hökumətin iclası keçiriləcək və yeni struktur ətraflı nəzərdən keçiriləcək.


Qeyd edək ki, M. Baxtadzenin başçılıq etdiyi yeni hökumətə parlament iyunun 20-də etimad göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR