Bakıda daş karxanasında bədbəxt hadisə baş verib

Bakıda daş karxanasında bədbəxt hadisə baş verib
# 15 iyul 2015 11:50 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda daş karxanasında bədbəxt hadisə baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qazax rayon sakini Aydın Məmmədov Qaradağ rayonunun Korgöz qəsəbəsində yerləşən daş karxanasında ehtiyatsızlıqdan daşkəsən qurğuya düşüb.

Nəticədə o, çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

A. Məmmədov həmin daş karxanasında işləyir.

Hadisə iyulun 14-də saat 01.00 radələrində baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR