Gəncədə iki mərtəbəli ev yanıb - VİDEO

Gəncədə iki mərtəbəli ev yanıb - <span style="color: red;">VİDEO
# 09 avqust 2014 13:18 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində yaşayış evində yanğın baş verib. Gəncə Yanğından Mühafizə İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün saat 13 radələrində şəhərin Zərrabı küçəsi, 4-cü döngə 1-ci dalan ev 4-də qeydə alınıb. Şəhər sakini, Şəfiqə Səmədovaya məxsus, hər mərtəbəsi 100 kvadratmetr olan iki mərtəbəli evin ikinci mərtəbəsi yanıb. Alov üst mərtəbədə 2 otağı əşyaları ilə birlikdə yararsız hala salıb, bir otaq və dəhlizin isə tavan hissəsi yanıb. Məlumata görə, hadisə yerinə 4 yanğınsöndürən avtomobil cəlb edilib və tezliklə alovun qarşısı alınıb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR