Azərbaycanda yol və körpü tikintisi bahalaşıb

Azərbaycanda yol və körpü tikintisi bahalaşıb
# 07 noyabr 2014 14:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin III rübündə Azərbaycanda tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,5% bahalaşıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 0,4%, yol və körpü tikintisində isə 0,8% bahalaşma müşahidə edilib.

Bu ilin III rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,3%, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 1,1% bahalaşıb, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətlər 0,7% ucuzlaşıb.

Yaşayış evlərindən beş mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4%, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər isə 0,2% bahalaşıb. Sosial təyinatlı binalardan ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlərdə 1,2% bahalaşma müşahidə olunub.

İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,7% ucuzlaşıb. Rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,9% bahalaşıb, körpü tikintisi üzrə qiymətlər isə 0,2% ucuzlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR