Tehranda fırtına nəticəsində 18 nəfər xəsarət alıb

Tehranda fırtına nəticəsində 18 nəfər xəsarət alıb
# 12 iyun 2018 11:07 (UTC +04:00)

Ötən gecə baş vermiş güclü fırtına İranın Tehran əyalətində fəsadlar törədib.

APA-nın Tehran bürosunun məlumatına görə, sürəti saatda 83 km/saata çatan fırtına və ildırım çaxması paytaxt Tehranda 18 nəfərin xəsarət almasına səbəb olub.

Onlardan 5 nəfərin durumu ağır olduğu üçün xəstəxanaya yerləşdirilib.

İnsanların dirəklərin, ağacların, reklam lövhələrinin aşması, qayalıqlardan daşların qoparaq düşməsi nəticəsində xəsarət aldığı bildirilir.

Ötən gecə Tehranda təcili tibbi yardım briqadaları hazırlıq vəziyyətində saxlanıb.

İldırım çaxması nəticəsində Tehranın cənub-şərqində Vərafmin bölgəsində taxıl və arpa zəmisində yanğın baş verib.

Xatırladaq ki, iki həftə öncə də Tehranda fırtına baş vermiş, divarın aşması nəticəsində bir nəfər ölmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR