Şimal rayonlarında modul tipli məktəblərin quraşdırılmasına 6,87 milyon manat ayrılıb

Şimal rayonlarında modul tipli məktəblərin quraşdırılmasına 6,87 milyon manat ayrılıb
# 02 fevral 2018 16:28 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında cəmi 1332 şagird yerlik modul tipli 22 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 6 870 000 manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.

Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR