Bakı. Şəhriyar Əlizadə - APA. Səbail rayon İcra Hakimiyyəti Səbail rayon Bələdiyyəsini məhkəməyə verib.
APA-nın məlumatına görə, icra hakimiyyəti bələdiyyə tərəfindən Nazim Əliyev adlı şəxsə verilən torpağın sərəncamının ləğv edilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə icra hakimiyyətinin iddiasını təmin etməyib. Həmin qərarla razılaşmayan icra hakimiyyəti isə apellyasiya şikayəti verib.
Hazırda Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılır.