FHN dənizdə batmaq təhlükəsi ilə üzləşən iki nəfəri xilas edib

FHN dənizdə batmaq təhlükəsi ilə üzləşən iki nəfəri xilas edib
# 05 iyul 2016 16:22 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR