NATO-nun əlaqələndirici zabiti: “Azərbaycan digər tərəfdaş ölkələrdən daha fəaldır”

NATO-nun əlaqələndirici zabiti: “Azərbaycan digər tərəfdaş ölkələrdən daha fəaldır”
# 07 mart 2016 10:30 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Uilyam Lahyu bildirib.

“Biz Azərbaycan, Gürcüstan və digər ölkələrin iştirak edə biləcəyi hərbi treninqlər haqqında da düşünürük. Azərbaycan-NATO münasibətləri həmişəki kimi möhkəm və sabitdir”, - deyə o vurğulayıb.


Gürcüstanın NATO üzvlüyünə can atan ölkə olduğunu deyən U. Lahyu eyni zamanda Azərbaycan və Ermənistanın NATO-nun bütün layihələrində iştirak etdiyini diqqətə çatdırıb.


“Regiondakı əməkdaşlığımız çox möhkəm və sabitdir. Hər üç ölkə NATO ilə güclü tərəfdaşlığın qorunub saxlanmasında maraqlıdır”, - deyə U. Layhu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR