Naxçıvanın İnzibati-İqtisadi Məhkəməsi tərəfindən baxılmış işlərin müqayisəli statistikası açıqlanıb

Naxçıvanın İnzibati-İqtisadi Məhkəməsi tərəfindən baxılmış işlərin müqayisəli statistikası açıqlanıb
# 02 fevral 2016 21:35 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. 2011-ci illə müqayisədə 2015-ci ilə Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi tərəfindən baxılmış mülki və inzibati mübahisələrə dair işlərin sayında 120,9 faiz, 2014-cü illə müqayisədə 19,4 faiz (148 iş) artım olub.

APA-nın məlumatına görə, bunu n Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin yaradılmasının 90 illik yubileyi münasibətilə keçirilən tədbirdə məhkəmənin sədri Hicran Muradov bildirib.

H. Muradov deyib ki, bu göstərici onu deməyə əsas verir ki, əhalinin məhkəməyə və ədalət mühakiməsinin obyektiv şəkildə həyata keçirilməsinə inamı gün keçdikcə daha da artmaqdadır. İnzibati-İqtisadi Məhkəmə muxtar respublikada idarə və digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında yaranan, iqtisadi və hüquqi statusundan asılı olmayaraq, şəxslər arasında yaranan inzibati mübahisələrə dair işlərə baxır. Bununla da, İnzibati- İqtisadi Məhkəmə qeyd olunan sahədə ədalət mühakiməsini həyata keçirməklə bərabər, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunması sahəsində qarşıya qoyulan vəzifələrin icrasında rol oynayır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli fərmanına əsasən Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsinin əsasında Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR