Bakıda qardaş qardaşı bıçaqlayıb

Bakıda qardaş qardaşı bıçaqlayıb
# 14 yanvar 2016 08:02 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda qardaş qardaşı bıçaqlayıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Bülbülə qəsəbəsində yaşayan, 1963-cü il təvəllüdlü Feyzulla Murtuzov qardaşı 1959-cu il təvəllüdlü İdrisə bıçaq xəsarəti yetirib.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Feyzulla Murtuzov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR