İran ölüm hökmü verilən 3 vətəndaşı ilə bağlı Səudiyyə Ərəbistanına etiraz notası verib

İran ölüm hökmü verilən 3 vətəndaşı ilə bağlı Səudiyyə Ərəbistanına etiraz notası verib
# 09 noyabr 2015 09:01 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. İran narkotik qaçaqmalçılığında təqsirləndirilən 3 vətəndaşı barəsində Səudiyyə Ərəbistanında ölüm hökmünün verilməsinə etirazını bildirib. APA-nın məlumatına görə, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb. Qeyd edilib ki, İranın Xarici İşlər Nazirliyi ötən gün Səudiyyə Ərəbistanının İrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağıraraq Ər-Riyadın narkotik qaçaqmalçılığında təqsirləndirilən 3 İran vətəndaşını edam etdirmək istəyinə etiraz edib: “XİN həmçinin Səudiyyə Ərəbistanı diplomatına rəsmi Tehranın və Ər-Riyadın qoşulduğu konsulluq məsələləri ilə bağlı 1963-cü il tarixli Vyana Konvensiyasının nəzərdə tutduğu öhdəlikləri də xatırladıb. İran xarici siyasət idarəsi Səudiyyə Ərəbistanı rəhbərliyindən İran vətəndaşlarına qarşı gələcəkdə də beynəlxalq öhdəliklərin pozulmasının qarşısını almaq üçün lazımi tədbirlər görməsini istəyib”.

Xatırladaq ki, ötən gün Səudiyyə Ərəbistanının Şərq vilayətinin paytaxtı Dammam şəhər məhkəməsi ölkəyə böyük həcmdə həşiş gətirdiyi üçün həbs olunan 3 İran vətəndaşı qarşı ölüm hökmü çıxarıb. Yerli məhkəmənin qərarı Ali məhkəmə və kral Salman ben Abdel Aziz Əl Saud tərəfindən təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR