Kürdəmirdə avtomobillə vurulan nəvə ölüb, nənə ağır xəsarət alıb

Kürdəmirdə avtomobillə vurulan nəvə ölüb, nənə ağır xəsarət alıb
# 03 avqust 2016 10:52 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov- APA. Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Babək prospektində qeydə alınıb. Kürdəmir rayon sakini Elşən Telman oğlu Əsgərov idarə etdiyi "VAZ-2109" markalı minik maşını ilə yolu keçən piyadalar - Kürdəmir rayon sakini, 1966-cı il təvəllüdlü Aidə Ağasəlim qızı Sadıqova və onun nəvəsi, 2013-cü il təvəllüdlü Ramil Əli oğlu Sadıqovu vurub. Nəticədə azyaşlı aldığı xəsarətdən hadisə yerində ölüb, A. Sadıqova isə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına Yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR