Hillari Klinton yaxın günlərdə seçkiqabağı kampaniyanı davam etdirəcək

Hillari Klinton yaxın günlərdə seçkiqabağı kampaniyanı davam etdirəcək
# 12 sentyabr 2016 20:31 (UTC +04:00)

Bakı-APA. Hillari Klintonun pnevmoniyadan savayı digər xəstəliyi yoxdur.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Demokrat Partiyasının ABŞ prezidentliyinə namizədi Hillari Klintonun köməkçisi Brayan Fellon bəyan edib.

“Hillari Klintonun səhhəti üçün heç bir təhlükə yoxdur. O, yalnız pnevmoniyadan əziyyət çəkir. Həftənin ortası və yaxud axırında xanım Klinton seçkiqabağı kampaniyanı davam etdirəcək”.

Xatırladaq ki, ötən gün Hillari Klintonun Nyu-Yorkda 11 sentyabr 2011-ci ildə törədilmiş terror aktlarının qurbanlarının anım mərasimində halı pisləşib və o , rəsmi mərasimi başa çatmamış tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR