Şimali Koreya ballistik raketin atışını həyata keçirib

Şimali Koreya ballistik raketin atışını həyata keçirib
# 03 avqust 2016 03:49 (UTC +04:00)

Bakı-APA. Şimali Koreya bu gün səhər saatlarında Yapon dənizi istiqamətində ballistik raketin atışını həyata keçirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, raket atışı Cənubi Koreya tərəfindən qeydə alınıb.

“Rönhap” agentliyi bildirir ki, Cənubi Koreya Silahlı Qüvvələrinin qərargah rəislərinin birləşmiş komitəsinin bəyanatına əsasən, raket atışı Xvanxe-Namdo əyalətində həyata keçirilib.

Qeyd edək ki, BMT TŞ-nin qadağasına baxmayaraq Şimali Koreya cari ildə dəfələrlə ballistik raketlərin atışını həyata keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR