Beynəlxalq Multikulturalizm Qış Məktəbinin açılış mərasimi keçirilib

Beynəlxalq Multikulturalizm Qış Məktəbinin açılış mərasimi keçirilib
# 08 fevral 2016 09:18 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bilik Fondu və Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm Qış Məktəbinin açılış mərasimi keçirilib.


APA-nın məlumatına görə, Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev bildirib ki, Qış Məktəbi Multikulturalizm Mərkəzinin yay məktəbinin müsbət nəticələrinə və nailiyyətlərinə əsaslanaraq keçirilir.

A. Hacıyev əlavə edib ki, multikulturalizm Azərbaycanın yaşayış tərzi olmaqla yanaşı, həm də dövlət siyasətidir: “Qış Məktəbinin təşkilində əsas məqsəd Azərbaycana marağı sevgiyə çevirmək və bu sevgini ömür boyu ürəklərdə yaşatmaqdır. Nüfuzlu elm adamlarının qatıldığı məktəb fevralın 15-dək Bakıda, Qubada, Xaçmazda və Qusarda işini davam etdirəcək”.

Qeyd edək ki, Qış Məktəbinə Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Litva, Almaniyanın ali məktəblərindən 43 nəfər, Azərbaycan universitetlərindən 12 nəfər olmaqla, ümumilikdə 55 tələbə, eləcə də yerli və xarici mütəxəssislər qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR