Avropa İttifaqı Türkiyə, İordaniya və Livana 3 milyard avro ayıracaq

Avropa İttifaqı Türkiyə, İordaniya və Livana 3 milyard avro ayıracaq
# 23 sentyabr 2015 20:12 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqı miqrantların problemlərini həll etmək üçün Türkiyə, İordaniya və Livana 3 milyard avro ayıracaq

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Aİ-nın miqrasiya ilə bağlı fövqəladə sammitində iştirak edən Avropa Parlamentinin rəhbəri Martin Şults bildirib.

“Türkiyə, İordaniya və Livana ərazilərində məskunlaşan miqrantlara görə maliyyə dəstəyi alacaqlar. Söhbət təqribən 3 milyard avronun ayrılmasından gedir. Bu ölkələr miqrantların əsas ehtiyaclarını ödəmək üçün lazımi maliyyə dəstəyi almasa, problem həll edilməyəcək”, deyə M.Şults bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR