Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin “Azərsu”ya qarşı iddiası təmin edilib

  Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin “Azərsu”ya qarşı iddiası təmin edilib
# 06 oktyabr 2015 09:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (İB) “Azərsu” ASC-yə qarşı iddiası əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmədə qətnamə qəbul edilib. Qətnaməyə əsasən iddia təmin edilib.

Qeyd edək ki, İB ziyanın ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət edib. Belə ki, İB “Azərsu” ASC tərəfindən telefon xətlərinin zədələndiyini və xəttin təmir olunması üçün “Azərsu” ASC-dən pul ayrılmasını tələb edib.

Həmin qətnamə ilə razılaşmayan “Azərsu” ASC apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR