UEFA Bakının “İnter” klubuna xəbərdarlıq edib

UEFA Bakının “İnter” klubuna xəbərdarlıq edib
# 17 dekabr 2015 00:51 (UTC +04:00)

Bakı-APA. UEFA “İnter”ə xəbərdarlıq edib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu Premyer Liqa təmsilçisindən maddi vəziyyətini düzəltməsini və UEFA-nın maliyyə “fair-pley” qaydaları çərçivəsində hərəkət etməsini tələb edib.

Artıq klub rəhbərliyi qarşısında şərt qoyulub ki, 30 sentyabr 2015-ci ilə qədər olan bütün borcların 31 yanvar 2016-cı ilə qədər ödənməsi haqqında sənədlər quruma təqdim olunsun.

Əks halda ötən mövsüm ölkəmizi Avroliqada təmsil etmiş və iki mərhələ adlamağı bacarmış komanda 3 il müddətinə Avrokuboklardan məhrum edilə bilər. Artıq “bankirlər” 50 min avro məbləğində cərimə də olunublar.

Qeyd edək ki, anoloji xəbərdarlıq bir sıra klublara da edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR