Kerri: ABŞ Rusiya qırıcı təyyarələrinin İrana satılması planından narahatdır

Kerri: ABŞ Rusiya qırıcı təyyarələrinin İrana satılması planından narahatdır
# 25 fevral 2016 20:52 (UTC +04:00)

Bakı-APA. ABŞ Rusiya qırıcı təyyarələrinin İrana satılması planından narahatdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Con Kerri Konqresdə keçirilən dinləmələr zamanı çıxışında bildirib.

“Biz silah tədarükündən çox narahatıq və məsələyə böyük skeptisizmlə yanaşacağıq”, - deyə Kerri qeyd edərək, sövdələşmə detalları barədə hələlik məlumatsız olduğunu bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya mətbuatı “Su-30SM” çoxfunksiyalı qırıcı təyyarələrin İrana satılmasına dair sazişin 2016-cı il ərzində imzalanacağı barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR