Bakıda çay evində bıçaqlanma olub

Bakıda çay evində bıçaqlanma olub
# 02 dekabr 2015 08:14 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 1-də M.Rüstəmov küçəsində yerləşən çay evində Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü İntiqam Pənahəliyevə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Sənan Məmmədəlizadə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR