Natiq Əmirov: “ Bu ilin 10 ayında qeyri-neft sektoru üzrə büdcəyə proqnozdan 136 mln. manat çox vergi daxil olub”

Natiq Əmirov: “ Bu ilin 10 ayında qeyri-neft sektoru üzrə büdcəyə proqnozdan 136 mln. manat çox vergi daxil olub”
# 17 noyabr 2015 13:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında qeyri-neft sektoru üzrə nəzərdə tutulan proqnozdan 136 mln. manat əlavə vergi daxilolmaları büdcəyə təmin edilib.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Vergilər nazirinin birinci müavini Natiq Əmirov deyib. Onun sözlərinə görə, bunun nəticəsində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 970 milyon 247,0 min manat vəsait daxil olub ki, bununla da proqnoz tapşırığına tam əməl edilib: “Başqa sözlə, qeyri-neft sektoru üzrə büdcə daxilolmaları həmin 10 aylıq proqnoza qarşı 136 mln. manat artıq yığılmaqla yanaşı, ötən ilin müvafiq dövrü ilə müqayisədə 542 mln. manat qeyri-neft sektorundan əlavə vergilərin yığılması təmin edilib. Bu da büdcə gəlirlərinin tam şəkildə icra edilməsinə şərait yaradıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR