Yaqub Eyyubov Malayziyanın baş naziri ilə görüşüb

Yaqub Eyyubov Malayziyanın baş naziri ilə görüşüb
# 04 noyabr 2015 09:50 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən 11-ci Dünya İslam İqtisadi Forumunda iştirakı çərçivəsində bu ölkənin baş naziri Nəcib Razakla görüşüb.


APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Malayziyadakı səfirliyinin “Twitter” səhifəsində məlumat verilib. Y. Eyyubov forumun açılışında çıxış edib.

Müsəlman dünyasında iqtisadiyyatın əsasını təşkil edən kiçik və orta biznesin inkişafı, habelə qadınlar üçün hüquq və imkanların artırılması 11-ci Dünya İslam İqtisadi Forumunun əsas müzakirə mövzuları olacaq.

Forum noyabrın 5-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR