Azərbaycan DGK ilə Türkiyə Gömrük və Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin iclası keçirilib

Azərbaycan DGK ilə Türkiyə  Gömrük və Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin iclası keçirilib
# 03 oktyabr 2015 15:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin birinci iclası keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türkiyənin gömrük və ticarət naziri Cenap Aşçının rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 2-də Azərbaycana rəsmi səfərə gəlib.

Səfər çərçivəsində Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin birinci iclası keçirilib. Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev və Türkiyənin gömrük və ticarət naziri Cenap Aşçının iştirakı ilə keçirilən toplantıda iki ölkə arasında gömrük və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Bu əlaqələrin hazırkı vəziyyəti, gömrük rəsmiləşdirilməsi, əməliyyatların sadələşdirilməsi kimi məsələlər nəzərdən keçirilib.

Yekunda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin birinci iclasının protokolu imzalanıb.

Xatırladaq ki, Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iki ölkənin gömrük xidmətləri arasında birgə komitənin yaradılması ilə bağlı qərar qəbul edilib. Oktyabrın 2-də Bakıda komitənin ilk toplantısı həmin qərara uyğun olaraq keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR