Milli Paraolimpiya Komitəsinin yüngül atletləri qran-pri turnirində 10 medal qazanıb

Milli Paraolimpiya Komitəsinin yüngül atletləri qran-pri turnirində 10 medal qazanıb
# 20 mart 2016 14:39 (UTC +04:00)

Bakı-APA. Milli Paraolimpiya Komitəsinin yüngül atletika üzrə komandasının idmançıları Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Dubay şəhərində keçirilən 8-ci “FƏZZA” qran-pri turnirində uğurlu çıxışlarını davam etdirirlər.

Milli Paraolimpiya Komitəsindən APA-ya verilən məlumata görə, Elmir Cəbrayılov və Yelena Çebanu 200 metr qaçışda qızıl, Samir Nəbiyev disk atma idman növündə qızıl, Rüfət Rəfiyev nüvə atma idman növündə qızıl, Elçin Muradov 200 metr qaçışda gümüş, İslam Qəhrəmanzadə nizə tullama idman növündə bürünc medallara sahib olublar.

Qeyd edək ki, idmançılarımız bu günədək qran-pridə 6 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar. Yarışlar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR