Mingəçevirdə bir neçə gün əvvəl odlu silahla qətl törədən şəxs həbs edilib

Mingəçevirdə bir neçə gün əvvəl odlu silahla qətl törədən şəxs həbs edilib
# 28 oktyabr 2015 10:01 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Mingəçevir şəhərində odlu silahla qətl törədən şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da Bəxtiyar Rəhimovu odlu silahdan açdığı atəşlə qətlə yetirib hadisə yerini tərk edən, əvvəllər məhkum olunmuş Şakir Əhmədov saxlanılıb.

Qeyd edək ki, qətl hadisəsi oktybarın 26-da şəhərin məcburi köçkünlər üçün yeni salınan qəsəbəsində baş verib.

Ağdam rayonundan olan və hazırda Mingəçevirdə müvəqqəti məskunlaşan məcburi köçkün, 1984-cü il təvəllüdlü Əhmədov Şakir Rövşən oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmyerlisi, Ağdam rayon sakini, 1981-ci il təvəllüdlü Rəhimov Bəxtiyar Elmdar oğlunu öldürüb.

Şakir Əhmədovun pnevmatik tapançadan açdığı atəş nəticəsində döş qəfəsindən və ürək nahiyəsindən güllə yarası alan Bəxtiyar Rəhimov hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən Ş. Əhmədov qaçıb gizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR