Ötən ay Ceyhan limanından dünya bazarlarına çıxarılan neftin həcmi açıqlanıb

Ötən ay Ceyhan limanından dünya bazarlarına çıxarılan neftin həcmi açıqlanıb
# 13 iyul 2016 08:22 (UTC +04:00)

Bakı - APA-Economics. 2016-cı ilin iyun ayı ərzində 2 mln. 143 min 253 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu həcmin 1 mln. 424 min 400 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-iyun aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 14 mln. 774 min 660 ton təşkil edib.


Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il iyul ayının 1-ə qədər Ceyhan limanından 305 mln. 968 min 432 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR