Rio-2016: Güləşçi Təhmasibi mübarizəni dayandırıb

Rio-2016: Güləşçi Təhmasibi mübarizəni dayandırıb
# 15 avqust 2016 21:18 (UTC +04:00)

Bakı-APA. Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışlarının ikinci günündə daha 2 dəst medal öz sahibini tapacaq.

Apasport.az saytının məlumatına görə, yığmamızın iranlı legioneri Saman Təhmasibi (85 kq) mübarizəyə 1/16 finaldan başlayıb. Bakı vaxtı ilə saat 17:00-da xalçaya çıxan legionerimiz Rusiyanı təmsil edən gürcü əsilli Davit Çakvetadze qarşılaşıb. İlk hissədən təşəbbüsə yiyələnən və 3 xal qazanan rusiyalı sona kimi üstünlüyünü qoruyub. Saman isə məğlubiyyətdən qaça bilməyib. Nəticədə pəhləvanımız qızıl medal şansını itirib. Çakvetadze finala yüksəldiyi üçün, o, "bürünc" uğrunda təsəlliverici görüşlərə qatılıb.

İlk təsəlliverici görüşdə təmsilçimizin rəqibi İran güləşçisi Comeh Həbibullah Əxlaqi olub. Təhmasibi 2:3 hesabı ilə məğlub olaraq çıxışını başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR