Xalq artistinin keçmiş həyat yoldaşının evində qətl törədən qadına hökm oxunub

Xalq artistinin keçmiş həyat yoldaşının evində qətl törədən qadına hökm oxunub
# 22 sentyabr 2015 09:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın xalq artisti Nuriyyə Əhmədovanın keçmiş həyat yoldaşı Xanlar İbadovun evində qətl hadisəsi törətməkdə təqsirləndirilən Yelena Maxrovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Yelena Maxrova isə müdafiə nitqi ilə çıxış edərək əməlindən peşman olduğunu bildirib. Bundan sonr hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hökm elan olunub. Məhkəmənin hökmü ilə Yelena Maxrova 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, qətl hadisəsi bu il martın 8-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Əvvəllər məhkum olunmuş Sabir Qurbanov və onunla qeyri-rəsmi nikah münasibətlərində olan Y. Maxrova X. İbadovun evində yaşayıb. Y. Maxrova mübahisə zəminində S. Qurbanovu qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR