Bu gün Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-ci iclası keçirilib.
Maliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, iclasdan əvvəl komissiyanın həmsədrləri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin arasında görüş keçirilib.
Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi, habelə dövlət müstəqilliyinin bərpasının və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümləri münasibətilə səmimi təbriklərini çatdırıb, ölkələrimiz arasında bir çox sahələrdə uğurlu əməkdaşlığı qeyd edib, xüsusilə iqtisadi, kommersiya və investisiya qoyuluşu sahələrində əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bölüşüb.
Azərbaycanla Səudiyyə Ərəbistanı investorları arasında etibarlı işgüzar əlaqələrin ardıcıl inkişafı üçün bundan sonra da zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayan maliyyə naziri Samir Şərifov isə bu xüsusda ötən il Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə “ACWA POWER” şirkəti arasında külək elektrik stansiyası layihəsi üzrə investisiya, enerji alqı-satqısı müqavilələrinin imzalandığını qeyd edib, bu kimi təmasların davam etdirilməsində və daha çox Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycana investisiya cəlb etməsində, xüsusilə də investisiya və ticarət əməkdaşlığında qeyri-neft sektorunun xüsusi çəkisinin artırılmasında maraqlı olduğumuzu vurğulayıb.
Görüşdən sonra maliyyə naziri Samir Şərifov və Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin sədrliyi ilə Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-ci iclası keçirilib.
Komissiyanın 6-cı iclasının gündəliyinə iki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, ticarət və investisiya, enerji, rəqəmsal inkişaf və nəqliyyat, səhiyyə, mədəniyyət, elm və təhsil, kənd təsərrüfatı və qida təhlükəsizliyi, əmək, məşğulluq və sosial müdafiə, islam məsələləri, turizm, gənclər və idman, siyasi, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığa dair məsələlər daxil edilib.
Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafında mühüm rolunu vurğulayan Samir Şərifov eyni zamanda iqtisadi və digər sahələrdə əlaqələrin daha da inkişafı üçün geniş imkanların olduğunu qeyd edib.
Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən quruculuq işləri barədə məlumat verən Komissiyanın həmsədri Qarabağ regionunun minalardan təmizlənməsi, tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin, infrastrukturun bərpası işlərinin sürətlə həyata keçirildiyini bildirib, Səudiyyə Ərəbistanı şirkətlərini azad olunmuş ərazilərin bərpasında və yenidən qurulmasında iştiraka dəvət edib.
Azərbaycanın maliyyə naziri həmçinin, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə tədbir iştirakçılarına məlumat verib, səudiyəli investorları sənaye zonalarına və aqroparklara, o cümlədən, Sumqayıt kimya sənaye parkı, Yüksək texnologiyalar parkı, Mingəçevir yüksək texnologiyalar parkı və Balaxanı, Qaradağ, Mingəçevir, Pirallahı sənaye parkları və Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələrinə sərmayə yatırmağa dəvət edib.
Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar olduğunu və Səudiyyə Ərəbistanının iş adamlarının Azərbaycanda turizm infrastrukturunun inkişafına öz töhfəsini verə biləcəyini diqqətə çatdıran nazir eyni zamanda, kənd təsərrüfatı sahəsində də ölkələrimiz arasında əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd edib, kənd təsərrüfatı və ərzaq məsullarının istehsalı üzrə Azərbaycan-Səudiyyə Ərəbistanı birgə müəssisələrinin yaradılmasının, Azərbaycanda mövcud olan kənd təsərrüfatı layihələrinə səudiyyəli iş adamlarının cəlb edilməsinin, Azərbaycanda istehsal olunan qida və kənd təsərrüfatı məhsullarının Səudiyyə Ərəbistanına idxalının potensial əməkdaşlıq sahələri kimi önə çəkib.
Samir Şərifov Səudiyyə Ərəbistanın Azərbaycanda bir neçə şirkətinin, o cümlədən uğurla fəaliyyət göstərdiyini, bu baxımdan ACWA Power şirkətinin digər şirkətlərə nümunə kimi göstərib.
Komissiyanın iclasında qeyd olunub ki, koronavirus pandemiyası ötən il ölkələrimiz arasında ticarət əlaqələrinə mənfi təsir göstərsə də, 2021-ci ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsi 47,3% artıb.
Komissiyanın digər həmsədri, Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin Səudiyyə Ərəbistanı və Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, energetika, investisiya, turizm, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını və Səudiyyə Ərəbistanı şirkətlərinin bu sahələrə investisiya yatırmaq istəklərini ifadə edib. O, Müştərək Komissiyanın 6-cı iclasının yekunlarına əsasən qarşıdakı aylarda Tədbirlər Planının hazırlanmasının və işgüzar səviyyədə təmasların real layihələrə çevrilməsi üçün bütün səylərin göstərilməsinin vacibliyini vurğulayıb.
Nazir Səudiyyə Ərəbistanı və Azərbaycanın ikitərəfli əməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən İslam İnkişaf Bankı, OPEK+ çərçivəsində səmərəli əməkdaşlığını yüksək qiymətləndirib.
Sonra Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, qeyri-neft sektorunun inkişafı istiqamətində görülmüş işlər, pandemiyanın Azərbaycanda biznes mühitinə təsiri və hökumətin dəstək mexanizmləri, sənaye zonalarının, həmçinin Ələt Azad İqtisadi Zonasının logitsika imkanları barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən təqdimat keçirilib. Eyni zamanda Səudiyyə Ərəbistanı Krallığının investisiya, nəqliyyat və logistika imkanları barədə bu ölkənin İnvestisiya Nazirliyi tərəfindən təqdimat olub.
Müzakirələrin yekunu olaraq həmsədrlər Samir Şərifov və Xalid bin Əbdüləziz Əl-Falihin Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasının Protokolunu imzalayıblar. Sənəddə siyasi və təhlükəsizlik məsələləri, ticarət və investisiya, energetika, rəqəmsal inkişaf və nəqliyyat, səhiyyə, mədəniyyət, elm və təhsil, kənd təsərrüfatı və qida təhlükəsizliyi, əmək, məşğulluq və sosial müdafiə, İslam məsələləri, turizm, gənclər və idman s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Günün ikinci yarısında Müştərək Komissiya öz işini biznes forum çərçivəsində davam etdirib, əməkdaşlıq imkanları müzakirə olunub, hər iki ölkənin biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilib.
Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətlərarası Komissiyasının 6-cı iclası keçirilib
© APA | Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətlərarası Komissiyasının iclası
Maliyyə
Yelo Bank hər ay komissiyasız investisiya həftəsi keçirəcək!
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
Qlobal IE Biznes Məktəbi ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirdi
Dövlət satınalmalarında bank zəmanətləri elektron olacaq
Xəbər Lenti
Ötən ay iki cərrahın ixtisasına uyğun olmayan plastik əməliyyatlar apardığı aşkarlanıb
Yelo Bank hər ay komissiyasız investisiya həftəsi keçirəcək!
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
BƏƏ 17 iranlı məhbusu Tehrana təhvil verib
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
Mirzoyan Əraqçi ilə görüşüb
Rusiyada vəba xəstəliyinin aşkarlandığı, 1 nəfərin öldüyü, xəstəxanalarda 3 həftəlik karantin elan edildiyi barədə məlumat yayılıb
Səfərbərlik Xidmətinin 2 əməkdaşı korrupsiya ilə bağlı ehtiyata buraxılıb, 144 nəfər barədə iş prokurorluğa göndərilib
Qlobal IE Biznes Məktəbi ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirdi
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək, dəqiq tarix açıqlanıb
Dövlət satınalmalarında bank zəmanətləri elektron olacaq
Ağdamdan Kəlbəcərə yeni nəqliyyat xətti formalaşır - VİDEO
Özəl məhkəmə ekspertləri barəsində intizam icraatı müəyyən olunur
Məhkəmə ekspertizası fəaliyyətinin elektron qaydada aparılması proseduru müəyyənləşir
Məhkəmənin hökmünü icra etməyən hüquqi şəxslərə qarşı cinayət-hüquqi tədbirlər tətbiq ediləcək
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO
Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı və digər xərclər məlum olub
Paralegallara dair tələblər qoyulur, reyestrləri aparılacaq
Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq
Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq
Pulsuz hüquqi yardım alacaq şəxslərin əhatə dairəsi və vəkillərin məsuliyyəti müəyyənləşir
Nazir: Süni intellektdən yaxşı istifadə şagirdlərin qiymətləndirilməsində rol oynaya bilər
Tramp Braziliyada seçkilərin nəticələrini şərh edib
FT: Estoniya Rusiya ilə sərhədə qoşun yığır
Ermənistanda Serj Sarkisyanla bağlı yeni cinayət işi açılıb
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı qanun layihəsi MM-ə daxil olub
Emin Əmrullayev: Müəllimin işi 45 dəqiqədə şagirdlərə dərs çatdırmaqdır
Qızıl və gümüş bahalaşıb
Jalə Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb
Nazir: Müəllimlik ən çətin, ən şərəfli peşələrdən biridir
Yağışla əlaqədar yollarda endirilən sürət həddi bərpa edilib
Mingəçevərdə qadın bıçaqlanıb, əri polisə təslim olub
Ağstafada iki qardaş kafedə xəsarət alıb
Əmtəə birjasında təbii qazın dəyəri azalıb
Bu günün valyuta məzənnələri
Dünya bazarlarında neft ucuzlaşıb
Yaponiya insansız nəqliyyat gəmiləri hazırlayacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
“Bitcoin”in qiyməti 86 min dolları ötüb
İsrail ordusu Suriyanın cənubunda bir nəfəri öldürüb
ABŞ Karib dənizində bir katerə zərbə endirib, 4 nəfər ölüb
Bolsonaro və Lula da Silva prezident seçkilərinin ikinci turuna çıxıb - YENİLƏNİB
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
KİV: ABŞ bütün bombardmançılarını insidentdən sonra Feyrfod bazasından çıxarıb
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib - NƏTİCƏLƏR
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
Biləsuvarda 26 yaşlı oğlan qətlə yetirilib, qohumu tutulub