Latviyada baş verən yol qəzasında 20 uşaq xəsarət alıb

Latviyada baş verən yol qəzasında 20 uşaq xəsarət alıb
# 06 noyabr 2016 22:44 (UTC +04:00)

Latviyada ağır yol qəzası baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Tallin şosesində içərisində uşaqlar olan avtobus qəzaya düşüb.

Belə ki, qəflətən qarşısına çıxa avtomobillə toqquşmadan yayınmağa çalışan avtobusun sürücüsü idarəetməni itirdiyi üçün avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində 20 uşaq müxtəlif dərəcəli xəsarət alıb. Avtobusda 22 uşaq və 4 böyük sərnişinin olduğu bildirilir. Hadisə yerinə təcili yardım briqadaları və polis cəlb edilib. İnsidentin səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR