Narkotik alverində təqsirləndirilən iş adamının məhkəməsi başlayıb

Narkotik alverində təqsirləndirilən iş adamının məhkəməsi başlayıb
# 28 oktyabr 2016 09:30 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində narkotik alveri və odlu silah saxlamaqda təqsirləndirilən iş adamı Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. İclasda çıxış edən N. Əliyevin vəkili Adəm Məmmədov bildirib ki, müdafiə etdiyi şəxs Qarabağ müharibəsi veteranıdır. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət verib. Vəsatəti təmin olunmayıb. Məhkəmənin baxış iclası noyabrın 1-nə təyin edilib.

Qeyd edək ki, N. Əliyev Bakıxanov qəsəbəsində olan "Şəhriyar" şadlıq evinin sahibidir. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələrinə əsasən ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR