Sumqayıtda mənzildə köməksiz qalan 3 azyaşlı xilas edilib

Sumqayıtda mənzildə köməksiz qalan 3 azyaşlı xilas edilib
# 27 noyabr 2017 00:53 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 3 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi səbəbilə mənzildə köməksiz vəziyyətdə qalıb.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt Regional Mərkəzinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin ediblər. Əməliyyat başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR