Yevlaxda qadağan olunmuş dini ədəbiyyat, silah-sursat və narkotik aşkarlanıb

Yevlaxda qadağan olunmuş dini ədəbiyyat, silah-sursat və narkotik aşkarlanıb
# 23 noyabr 2016 08:58 (UTC +04:00)

Yevlax sakinindən qadağan olunmuş dini ədəbiyyat, silah-sursat və narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Heydər Bəkirovdan 6,58 qram marixuana götürülüb.

Onun evinə baxış zamanı isə oradan "RQD-5", "RKQ-3" markalı qumbaralar, qumbaranın alışqanı üçün fitil, 16 ədəd patron, yayılması və təbliği qanunla qadağan edilmiş 1 ədəd dini ədəbiyyat aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR